MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görmüş təcrübəli siyasi xadim və dövlət xadimi kimi həm Vətəninizdə, həm də xaricdə haqlı olaraq yüksək nüfuz qazanmısınız. Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Həmçinin, Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti Çingiz Abdullayev, Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov,
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, “Bank VTB” ASC-nin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin,
Almaniya Bundestaqının üzvü Karin Ştrents, bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell də prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.