Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə Danışıqlar Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti 3-7 iyun tarixlərində Cenevrə şəhərinə səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev başçılıq edəcək.
Səfər zamanı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü prosesi çərçivəsində kənd təsərrüfatına daxili dəstək üzrə “Carins Group”un üzvləri ilə görüşlərin keçirilməsi, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələrin aparılması nəzərdə tutulmuşdur. Həmçinin Honduras, Çinin Tayvan əyaləti, Koreya Respublikası və Hindistanla mal və xidmətlər üzrə ikitərəfli danışıqların keçiriləcəyi planlaşdırılıb.