“Pambıqçılıq haqqında” qanuna dəyişikliklər edildi
15 yanvar 2016 01:06 (UTC +04:00)

“Pambıqçılıq haqqında” qanuna dəyişikliklər edildi

Azərbaycan prezidenti İlham Əliyev “Pambıqçılıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Lentı.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə,  sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının  “Pambıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;

 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək;

 

Həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Pambıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

 

Qeyd edək ki, “Pambıqçılıq haqqında” aşağıdakı dəyişikliklər edilib:

 

1. 11.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

 

“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasında satılmasına yol verilmir.”.

 

2. Aşağıdakı məzmunda 15.4-cü maddə əlavə edilib:

 

“15.4. Pambıq və pambıq məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.

 

3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

 

“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycan Respublikasına idxalına yol verilmir.”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar