
Azərbaycan Afrikada xeyriyyə yarmarkası keçirib
Cari ilin 31 may tarixində Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya şəhərində Azərbaycanın CAR-dakı Səfirliyi və “Azərbaycanın
Dostları” yerli qeyri hökumət təşkilatının dəstəyi ilə “Diplomatların Həyat Yoldaşları Təşkilatının” təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkada
Azərbaycan guşəsi açılıb. Səfirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan guşəsində adət ənənələrimizi əks etdirən suvenirlər, xalça,
kitablar və digər əşyalar nümayiş edilib. Həmçinin ölkəmiz barəsində və Azərbaycanın turistik potensialına aid Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin çap materialları çoxsaylı qonaqlara paylanılıb. Tədbir çərçivəsində, qonaqlar qarşısında, səfirliyin nəzdində fəaliyyət
göstərən uşaq rəqs qrupu müxtəlif Azərbaycan rəqsləri ilə çıxış ediblər.
Səfirlikdən bildirilib ki, Azərbaycan rəqsləri Pretoriya şəhərində keçirilən əksər yerli və beynəlxalq təbirlərin tərkib hissəsinə çevrilib və tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanır.
Yarmarkada CAR-da akkreditə olan diplomatik korpusun nümayəndələri, çoxsaylı səfirliklər iştirak ediblər və tədbir zamanı satılan milli suvenir və
müxtəlif xalqların mədəniyyətinə aid əşyalardan alınan gəlir yerli məktəblərdən birinin dəstəyinə sərf olunacaq.
Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45