
Aydın Hüseynov: “Yeni keyfiyyət dəyişikliklərinin şahidi olacağıq”
Aydın Hüseynov - millət vəkili
Mövzu: Referendumun nəticələri nələr vəd edir?
- Konstitusiyamızın qəbulundan 20 ildən çox vaxt keçib. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz 1995-ci illə müqayisədə demək olar ki, bütün sahələr üzrə dünyada öz mövqeyini möhkəmlədib, regionda güc mərkəzinə çevrilib. Azərbaycan hər cəhətdən özünü təsdiq edib. Müasir çağırışlar və dövrün tələbləri onu diktə edir ki, cənab Prezidentimizin atdığı addımlarda mütərəqqi çalarlar özünü göstərməlidir.
- Birinci vitse-prezident və vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəetməsini daha da aktivləşdirəcək və mükəmməlləşdirəcək. Bu, dünyanın bir çox ölkələrində özünü təsdiq etmiş mexanizmdir.
- Əgər 18 yaşlı bir insanın seçmək hüququ varsa, onun seçilmək hüququ da olmalıdır. 18 yaşında gəncə deputatlıq üçün öz namizədliyini irəli sürmək şansı verilir. Seçim vətəndaşların öhdəsinə düşəcək, insanlar seçmək lazımdırsa, səs verəcək. Əslində, bu təklif çox mütərəqqidir. İnsanın hüquqlarının daha da genişləndirilməsi deməkdir.
- Həm prezidentin səlahiyyət müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi, digər tərəfdən parlamentə seçimlərdə yaş senzinin aradan qaldırılması, insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər məsələlər çox mühüm və müsbət addımlardır. Çünki bu gün həm Azərbaycan iqtisadiyyatı, həm ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal, daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib.
- 21-ci əsrdə yaşayırıq. İndi inkişaf, tərəqqi dövrüdür, ölkələr, təhsil, elm qabağa gedir. Ona görə də bu referendum bizim üçün çox vacib idi və o, Azərbaycan üçün, xalqımız üçün çox yaxşı nəticələr verəcək. Ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi çox mütərəqqi sənəd idi və ona görə də vətəndaşlarımız bu dəyişiklikləri dəstəklədilər.
- Dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir.
- Son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində qazanılan nailiyyətlər məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etmişdi.
- Tam məsuliyyətlə bildirirəm ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq.
- Dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Ümumiyyətlə, bundan sonra yeni keyfiyyət dəyişikliklərinin şahidi olacağıq.
Oxşar yazılar

Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54