ATƏT PA gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək
05 aprel 2018 16:03 (UTC +04:00)

ATƏT PA gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək

0

ATƏT Parlament Assambleyası (PA) gələn həftə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək.

 

APA-nın quruma istinadən verdiyi məlumata görə, ATƏTPA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik  edəcək.

 

Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.

 

 

Ümumi sayı 300-dən çox olacaq ATƏT-in ümumi qısamüddətli missiyasına isə Nilza de Sena rəhbərlik edəcək. O seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı da həyata keçirəcək.

 

ATƏT DTİHB-nin müşahidə missiyasına isə xanım Koryen Yonker rəhbərlik edir.   

 

Seçkilərlə bağlı ATƏT PA ATƏT DTİHB və AŞPA ilə sıx əməkdaşlıq edəcək.

 

Müşahidənin ilkin nəticəsi aprelin 12-də açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar