Ankara terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması araşdırılır - <span style="color:red;">XİN
14 mart 2016 10:10 (UTC +04:00)

Ankara terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması araşdırılır - XİN

 

 

Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, bununla bağlı Türkiyənin müvafiq qurumları və Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar