ABŞ-ın Arizona ştatı Xocalı soyqırımını tanıdı
26 fevral 2015 10:19 (UTC +04:00)

ABŞ-ın Arizona ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Arizona Ştat Senatı 2015-ci ilin fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, bu barədə Qətnamə Senatın plenar iclasında iştirak edən baş konsul Nəsimi Ağayevə təqdim edilib.

 

Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və müxtəlif ABŞ ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd olunur.

 

Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini pisləyib.

 

Sonda, Arizona Ştat Senatı tərəfindən 26 fevral 2015-ci il tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

 

Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla, Xocalı soyqımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar