Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarla görüşüb. APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın mövcud durumu və inkişafına dair fikir mübadilələri aparılıb.
Nazir Y.Camalov Azərbaycan MSN-in Türkiyə firmaları ilə əməkdaşlıqda maraqlı olduğunu, bu sahədə artıq bir sıra birgə layihələrin həyata keçirildiyini deyib.
Bu gün həmçinin Türkiyənin ASELSAN şirkətinin rəhbərliyi Azərbaycan MSN-in stendinə gəlib. Görüşdə ASELSAN və MSN arasında əməkdaşlıq və birgə layihələr müzakirə edilib.