Əfv siyahısı prezidentə göndərildi - <span style="color:red;">YENİLƏNİB
09 mart 2016 18:50 (UTC +04:00)

Əfv siyahısı prezidentə göndərildi - YENİLƏNİB

 

Prezident yanında Əfv Komissiyası 400-dən çox müraciətə baxıb. Bu barədə Lent.az-a komissiyasının üzvü Rəşad Məcid  məlumat verib. O bildirib ki, onlardan təxminən 150-i müsbət rəy alaraq siyahıya daxil edilib və prezidentə təqdim edilib: “Müraciətlərə baxdıq. Barələrində müsbət rəy olanları cənab prezidentə təqdim etdik. Təbii ki, son qərar ölkə başçısına aiddir”  

 

 

****

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

 

APA-nın məlumata görə, komissiyaya indiyədək daxil olmuş 400 müraciətə baxılması başa çatdırılıb. Bu gün sonuncu 140 müraciətə baxılıb.

 

Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq ölkə başçısına təqdim olunub.

 

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası martın 1-də keçirilib.

 

 

***

 

14:14

 

“Novruz bayramına qədər əfv olacaq”.

Bunu Lent.az-a açıqlamasında Əfv komissiyasının üzvü Rəşad Məcid deyib.

 

Onun sözlərinə görə, artıq komisiyyanın 3 iclası olub: “Bu gün dördüncü iclas olacaq, yəqin ki, bu, yekun iclasıdır. Komissiyaya 400-dən artıq sənəd daxil olub. Biz bunların hamısına baxırıq. Barəsində müsbət rəy olanlarla bağlı prezidentə məlumat veriləcək. Güman edirəm ki, prezident Novruz Bayramına qədər əfv sərəncamı imzalayacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328

Oxşar yazılar