<span style="color:red;">Ermənistan mətbuatı:  "Azərbaycan ordusu Seysulan və Talış məntəqələrinə nəzarət edir"
02 aprel 2016 16:39 (UTC +04:00)

Ermənistan mətbuatı: "Azərbaycan ordusu Seysulan və Talış məntəqələrinə nəzarət edir"

 

 

 

"Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir". APA-nın xəbərinə görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

 

Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".

 

Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəklikləri ələ keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

APA Baycan

Oxşar yazılar