Elmar Məmmədyarov: “Vasitəçilər 6 maddəlik sülh sazişi üzərində işləməlidir”
16 fevral 2015 13:34 (UTC +04:00)

Elmar Məmmədyarov: “Vasitəçilər 6 maddəlik sülh sazişi üzərində işləməlidir”

“Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq: “Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar