Prezident İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
Lent.az-ın məlumatına görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verib. Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında da iştirak edib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisə barədə məlumat verib. Azərbaycan Prezidenti müəssisənin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev filialın kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.