![[b]Prezident İlham Əliyev Həsən Ruhaniyə zəng edib[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Prezident İlham Əliyev Həsən Ruhaniyə zəng edib[/b]
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə,Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlunata görə, dövlətimizin başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran Prezidentinə və xalqına təbriklərini çatdırmış, Həsən Ruhaniyə prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə etmişdir.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində, müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etmiş, xalqımıza firavanlıq diləklərini çatdırmışdır.
Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhülkəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf etmiş və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxmışdır. Bildirilmişdir ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanmışdır. Bütün əldə edimiş razılaşmalar və imzalanmış sənədlər uğurla icra edilir.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)
Tovuzda erməni təxribatının qarşısı alındı
25 iyul 2024 , 16:05Yəhudinin arvadı və Kaliforniyanın baş prokuroru: Anası ona nə demişdi?
24 iyul 2024 , 20:15![Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0f8f12050c66a0f8f12050d172182552166a0f8f12050666a0f8f120509.jpg)
Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edildi - SƏBƏB
24 iyul 2024 , 16:51![Tramp amerikalılar arasında dəstəyini itirir – Əsas SƏBƏB](https://lent.az/storage/news/2024/july/24/big/66a0cbba7d96c66a0cbba7d96d172181394666a0cbba7d96666a0cbba7d969.webp)