![[b]İsa Qəmbər Almaniyaya müalicəyə getdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]İsa Qəmbər Almaniyaya müalicəyə getdi[/b]
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Almaniyaya gedib.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli APA-ya bildirib ki, İ. Qəmbər Almaniyadakı xəstəxanalardan birində müayinə ediləcək, ehtiyac yaranacağı təqdirdə isə müalicə olunacaq.
Aprelin 4-də gecə Almaniyaya yola düşən eks-başqanı oğlu Turqut Qəmbər müşayiət edir.
Qeyd edək ki, bu ilin əvvəlində Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib.
Fevral ayının sonlarında isə o, müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib.
Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07