![[b]Ermənistanın yeni prezidenti and içdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Ermənistanın yeni prezidenti and içdi[/b]
Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.
Qeyd edək ki, aprelin 2-də A. Sarkisyan ölkənin yeni prezidenti seçilib. A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.
2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29