Zakir Həsənov NATO toplantısında iştirak edəcək
07 iyun 2018 12:14 (UTC +04:00)

Zakir Həsənov NATO toplantısında iştirak edəcək

 

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.
 

Toplantıda  NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar