ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası aralıq hesabatını açıqlayıb.
APA-nın məlumatına görə, hesabatın mətni qurumun saytında yerləşdirilib.
Hesabatda 9-24 mart tarixlərini əhatə edir.
Hesabatda bildirilir ki, uzunmüddətli müşahidə missiyası martın 9-da keçirilmiş mətbuat konfransından sonra rəsmən fəaliyyətə başlayıb.
Qeyd olunur ki, Seçki Komissiyalarının tərkibi parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunub. Seçki müşahidə missiyasının müsahiblərinin açıqlamasına əsasən, bu, seçki administrasiyasının tərəfsizliyini və müstəqilliyinin məhdudlaşdıra bilər.
Hesabata əsasən, məntəqə seçki komissiyalarına yaxşı treninq keçilib.
Missiyaya rəsmi qurumlardan məlumat verilib ki səsvermə hüququna malik insanların qeydiyyatı tam aparılıb. Lakin eyni zamanda bəzi müsahiblər ölkədə səsvermə yaşına çatmış insanlarla qeydiyyata alınmış seçicilər arasında fərq olduğunu bildirir.
Hesabata əsasən, namizədlər üçün müəyyənləşdirilmiş pulsuz efir vaxtı debatlar üçün istifadə olunur və ictimai yayımla efirə verilir.
Sənəddə qeyd olunur ki, məhkəmə və Mərkəzi Seçki Komissiyasına müşahidə dövrü ərzində heç bir şikayət daxil olmayıb.
Müşahidə missiyası seçki ilə bağlı çox az şikayətin olacağını düşünürlər.
Müşahidə missiyasının həmsöhbət olduğu bir çox şəxs seçkilərin həqiqətən rəqabətli mühitdə keçəcəyinə inanmadıqlarını bildiriblər.
Bir sıra partiyalar seçkiləri boykot edərək, seçkilərdə iştirak etməyəcəyini bəyan edib, bəziləri isə seçkilərdə iştirak etmək üçün kifayət qədər vaxt olmadığını, buna görə seçkilərə qatılmadığını bildirib.
Lakin missiyanın Yeni Azərbaycan Partiyasından olan müsahibləri bu səbəbləri tənqid edərək onların seçkilərin 2018-ci ildə keçiriləcəyindən əvvəldən xəbərdar olduqlarını qeyd ediblər.