[b]"Rusiya regionda təhlükəsizliyin qarantıdır" -[/b] Yaqub Eyyubov
16 dekabr 2016 15:33 (UTC +04:00)

[b]"Rusiya regionda təhlükəsizliyin qarantıdır" -[/b] Yaqub Eyyubov

Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu baş nazirin 1-ci müavini, Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Yaqub Eyyubovhökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında deyib.

 

O bildirib ki, Rusiya nəinki iqtisadi tərəfdaş, həm də regionun təhlükəsizliyinin qarantıdır: “Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

APA Baycan

Oxşar yazılar