<b>"Heydər Əliyevin imzasının maşının şüşəsinə vurulmasını düzgün saymıram" - <span style="color:red;">DEPUTAT </b>
14 oktyabr 2016 12:25 (UTC +04:00)

"Heydər Əliyevin imzasının maşının şüşəsinə vurulmasını düzgün saymıram" - DEPUTAT

“Son vaxtlar dövlət himni və müəyyən ifadələrin müəyyən məbləğ müqabilində mobil telefonlara yüklənməsinin təklif edilməsi barədə mesajlar gəlir və bu, narahatlıq doğurur”.

 

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.

 

E.Axundova bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib: "Mənim Heydər Əliyevə həmişə böyük hörmətim olub. Ancaq onun səsinin nə telefon zənginə qoyulmasını, nə də imzasının maşının arxa şüşəsinə vurulmasını düzgün sayıram. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

APA Baycan

Oxşar yazılar