![[b]“Referendumla bağlı 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq”[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Referendumla bağlı 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq”[/b]
Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü
Mövzu: Referenduma hazırlıq
“Manşet” proqramının bugünkü buraxılışının qonağı Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov olub. O, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə hazırlıqla bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- Mərkəzi Seçki Komissiyası 2016-cı ilin yanvar ayından may ayının sonunadək seçki siyahılarını dəqiqləşdirilib. Seçici siyahıları 2005-ci ildən MSK-nın internet səhifəsində yerləşdirilib. Seçicilərə öz adlarının siyahıda olub-olmadığını internet səhifəsindəki "Seçicilərin axtarış sistemi" vasitəsilə yoxlamaq, hər hansı yanlışlıqla bağlı "115" nömrəli qaynar xəttə zəng vurmaq və ya "online" ərizəsi forması ilə MSK-ya müraciət etmək imkanı yaradılıb. Adı seçicilər siyahısına hər hansı səbəbdən düşməyən seçicilər seçki günü əlavə seçici siyahılarına daxil edilməklə səsvermə hüquqları təmin olunur.
- Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə ümumxalq səsverməsində polisin xidməti fəaliyyətində daha da təkmilləşdirilməsi məqsədilə seminar-müşavirələr, qapalı müəssisələrdə referendumun təşkili və keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-məşğələ, DSK-ların kompüter mütəxəssisləri üçün treninq, həmçinin Ombudsman təsisatı ilə birgə ictimai dinləmələr həyata keçirir.
- KİV-də maarifləndirmə tədbirləri ilə əlaqədar İctimai TV-də həftədə bir dəfə olmaqla, MSK üzvləri və Katibliyin əməkdaşlarının iştirakı ilə ümümxalq səsverməsinə dair müxtəlif mövzulara həsr olunan "Xalqın səsi" proqramı yayımlanır, MSK üzvləri və katibliyin əməkdaşlarının "Azərbaycan" qəzetində referenduma dair müxtəlif aktual mövzularla bağlı məqalələri dərc olunur.
- KİV mütəmadi şəkildə MSK-nın iclaslarına və digər tədbirlərə dəvət olunur, referendumla bağlı proseslər işıqlandırılır, vaxtaşırı müsahibələr və açıqlamalar verilir.
- Bu günə kimi artıq "Yeni Azərbaycan", “Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupları qeydə alınıb.
- Referendumun keçiriləcəyi 5627 seçki məntəqəsinin 1000-də veb-kamera quraşdırılacaq ki, bu da seçkinin şəffaflığının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir.
- Mərkəzi Seçki Komissiyasında referendumla əlaqədar ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.
- Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq aşağı seçki komissiyaları üçün maarifləndirmə tədbirləri keçirir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində mühüm rol oynayır.
Oxşar yazılar

Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54
ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olundu -VİDEO
12 avqust 2025 , 10:51
Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi
11 avqust 2025 , 19:22
Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini yerləşdirməyəcək
11 avqust 2025 , 17:26