[b]“Danışıqlar konkret məsələlər ətrafında gedir” -[/b] Məmmədyarov
12 iyul 2016 11:29 (UTC +04:00)

[b]“Danışıqlar konkret məsələlər ətrafında gedir” -[/b] Məmmədyarov

“Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 

Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidentiVladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb: “Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

APA Baycan

Oxşar yazılar