“Ofis də yoxdu, maşın da, rahatlaşın” - MÜSAHİBƏ
30 avqust 2013 13:17 (UTC +04:00)

“Ofis də yoxdu, maşın da, rahatlaşın” - MÜSAHİBƏ

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Hafta.az-a Milli Şuranın namizədi Cəmil Həsənlinin seçki kampaniyası, partiyasının ofisdən çıxarılması və maşınsız qalması haqda danışıb. Müsahibəni təqdim edirik.

 

- ACP imza vərəqələrinin toplanmasında hansı səviyyədə iştirak edir?

 

- Biz öncədən qeyd etmişik ki, Milli Şuranın üzvü kimi bütün öhdəlikləri yerinə yetirməyə hazırıq. Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahından belə bir müraciət olarsa, təbii ki, dəstək olmağa hazırıq. İki gün öncə rayon təşkilatları ilə hazırlıq tədbiri keçirdik. Amma hələ ki, Cəmil Həsənlinin seçki qərargahından bizə heç bir müraciət olmayıb.

 

- ACP, ALP, KXCP və “El” sanki Milli Şurada gedən proseslərdən kənarda qalıb. Nə baş verir?

 

- Görünür, hələ AXCP və Müsavat elə hesab edir ki, bizə ehtiyac yoxdur. Düşünürlər ki, özləri bu işin öhdəsindən gələcəklər.

 

- Rəsul Quliyevin Milli Şuradan çıxarılması fikri səsləndi. Bu reallaşa bilərmi?

 

- Qeyri-ciddi məsələdi. Buna da münasibət bildirməyə ehtiyac yoxdu.

 

- Siz “dördlü”nün Milli Şuranı tərk etmək ehtimalı varmı?

 

- Ay qardaş, niyə tərk etməliyik? Bu sualı dayanmadan verirsiniz. Siz jurnalistlərin məqsədi nədi? Nəyə əsasən, neçə gündür ki, bu sualı verirsiniz?

 

- Çünki proseslərdən kənarda qalmısız. Camaat imza vərəqi toplayır, amma sizə müraciət olunmayıb.

 

- Toplasınlar da. Ehtiyac olsa bizə də deyəcəklər. Heç yerə getmək fikrimiz yoxdu. Xahiş edirəm, mənə belə bir sual verməyin.

 

- Əsəbiləşməyin, sadəcə sual verdik.

 

- Biz burda siyasətlə məşğul oluruq. Kəhanət elmi ilə yox.

 

- Ofis məsələniz nə yerdə qaldı?

 

- Gözünüz aydın olsun da. Ofisdən də çıxardılar bizi. Bir qonaqlıq verərsiniz.

 

- Elə düşünməyin. İstəsəz, bacardığımız köməyi də edərik.

 

- Biz ora köçəndən siz jurnalistlər daim bu məsələni gündəmdə saxlayırdız. İndi daha dincələrsiz.

 

- Bizə bu qədər düşmən gözü ilə yanaşmayın. İndi harda fəaliyyət göstərirsiz?

 

- Hələ ki, müvəqqəti olaraq KXCP-nin ofisində oluruq.

 

- Ofislə bağlı bir planınız varmı?

 

- Hələ ki, heç bir planımız yoxdu.

 

- Oldu sağ olun.

 

- Maşınla bağlı nə imiş heç nə soruşmadın?

 

- Bilirəm də, “Hummer”i alıblar, “Mercedes”lə gəzirsiz.

 

- “Mercedes” də daha yoxdu. Heç bir maşınım yoxdu. Metro ilə gedib-gəlirəm. Rahatlana bilərsiniz.

 

- Allah köməyiniz olsun

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar