“ABŞ prezidenti Barak Obamanın Ağ Evin rəsmi saytında Xocalı soyqırımının tanınması ilə bağlı yerləşdirilən və yüz mindən çox imza toplayan petisiyaya münasibət bildirməməsi qaydalara ziddir”. Lent .az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse- spikeri Bahar Muradova bildirib. Vitse-spikerin sözlərinə görə, əgər belə bir qayda varsa, B. Obama buna əməl etməli, soyqırımına münasibət bildirməli idi.
”Bütün bunlara baxmayaraq ölkəmiz öz işini davam etdirməlidir. Xocalı soyqırımı ilə bağlı təbliğat davamlı olaraq aparılmalıdır”- deyə, B. Muradova əlavə edib.