“Milli Azadlıq Hərəkatı və Elçibəy” mövzusunda jurnalist müsabiqəsi elan edildi
07 yanvar 2013 15:38 (UTC +04:00)

“Milli Azadlıq Hərəkatı və Elçibəy” mövzusunda jurnalist müsabiqəsi elan edildi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

 

İclasda müzakirə olunan məsələlərdən biri də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illik yubileyinə hazırlıqla bağlı olub. Yubileylə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi üçün İdarə Heyətinin qərarı ilə işçi qrupu yaradılıb. İdarə Heyəti "Milli Azadlıq Hərəkatı və Əbülfəz Elçibəy" mövzusunda jurnalistlərin fərdi yazı müsabiqəsinin keçirilməsi ilə bağlı da qərar qəbul edib. Qərara əsasən, müsabiqədə qalib gələn jurnalistlərə (I yer - 500 manat; II yer - 300 manat; III yer - 200 manat) pul mükafatı və fəxri diplomlar veriləcək.

 

İclasda son vaxtlar Əbülfəz Elçibəylə bağlı bəzi mətbuat orqanlarında yayımlanan böhtan xarakterli yazılara da münasibət bildirilib. Qeyd olunub ki, bəzi dırnaqarası demokratların, real həyatda isə həbsxanaya atıldıqdan sonra Krasilnikovun mənəvi nəvələri funksiyasını yerinə yetirən şəxslərin Krasilnikovun mənəvi davamçılarının sifarişi ilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı iyrənc bir kampaniyaya başlamaları təəssüf doğurur.

 

BAXCP bəzi kütləvi informasiya vasitələrinin də Elçibəyə qarşı aparılan bu iyrənc kampaniyanı qınamaq əvəzinə uydurma və böhtan xarakterli məlumatlar ətrafında geniş müzakirələr açmalarını, mövzunu daim gündəmdə saxlamağa cəhd göstərmələrini utancverici bir yanaşma kimi dəyərləndirir və yolverilməz sayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar