Sedat Peker ad günü  şənliyində - “Dönüşüm möhtəşəm olacaq”
27 iyun 2025 10:55 (UTC +04:00)

Sedat Peker ad günü şənliyində - “Dönüşüm möhtəşəm olacaq”

Birləşmiş Ərəb Əmirliklərində mütəşəkkil cinayətkar təşkilatın lideri Sedat Peker üçün ad günü keçirilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Sedat Pekerin ailəsi tərəfindən təşkil edilən ad günü şənliyində səslənən mahnıda "Dönüşüm möhtəşəm olacaq" sözləri diqqət çəkib.

İllərdir Birləşmiş Ərəb Əmirliklərində yaşayan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Sedat Pekerdən uzun müddət sonra görüntü gəlib. Pekerin ailəsi onun üçün ad günü şənliyi təşkil edib.

Gecəyə həyat yoldaşı və uşaqları ilə qatılan Sedat Pekerin şən olduğu görüntülənib. Ad günü məclisində Sedat Peker üçün mənalı mahnı seçilib. Mahnıdakı "Dönüşüm möhtəşəm olacaq" sözləri diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar