Abşeron və Qaradağda evlərdən oğurluq edən   3 nəfər tutuldu
27 iyun 2025 13:00 (UTC +04:00)

Abşeron və Qaradağda evlərdən oğurluq edən 3 nəfər tutuldu

Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da saxlanılıb.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar