Bağını narkotik plantasiyasına  çevirdi, videokameralarla nəzarət etdi
27 iyun 2025 10:04 (UTC +04:00)

Bağını narkotik plantasiyasına çevirdi, videokameralarla nəzarət etdi

Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirib videokameralarla izləyən şəxs tutulub. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib.

V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.

Fakla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1806

Oxşar yazılar

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

11 avqust 2025 , 20:19
Bakıda evdən çürümüş meyit  TAPILDI

Bakıda evdən çürümüş meyit TAPILDI

11 avqust 2025 , 19:28
58 yaşlı yazıçı dənizdə boğuldu

58 yaşlı yazıçı dənizdə boğuldu

11 avqust 2025 , 19:24
Bakıda parkda ÖLÜM

Bakıda parkda ÖLÜM

11 avqust 2025 , 18:13
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

11 avqust 2025 , 16:14
Ağdaşda 2 yaşlı  qız hündürlükdən YIXILDI

Ağdaşda 2 yaşlı qız hündürlükdən YIXILDI

11 avqust 2025 , 15:53
Uşaq beşinci mərtəbədən yıxılıb öldü

Uşaq beşinci mərtəbədən yıxılıb öldü

11 avqust 2025 , 14:46
Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

11 avqust 2025 , 14:35