“Cənubi Qafqazda həll olunmayan münaqişələr ATƏT və BMT-ni narahat edir”
04 noyabr 2014 19:13 (UTC +04:00)

“Cənubi Qafqazda həll olunmayan münaqişələr ATƏT və BMT-ni narahat edir”

 

"Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb və bu, ATƏT və BMT-ni narahat edir". APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun bu gün ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zaman bildirib. “İnsanların həyatlarını yaxşılaşdırmaq bizim ortaq vəzifəmizdir. Sülh və inkişaf eyni medalyonun iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq”, - deyə o, söyləyib.

 

Baş katib Ukraynadakı münaqişəyə də toxunaraq bu ölkənin şərqində separatçıların keçirdiyi seçkini “uğursuz və inkişafa mane olan addım" adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416
avatar

Oxşar yazılar