Prezident İlham Əliyev üç ölkənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
Qətər Dövlətinin ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sain və Rumıniyanın fövqəladə və səlahiyyətli səfiri Dan Yank da etimadnamələrini dövlət başçısına təqdim edib.