Vesti.az : ""Charlie Hebdo" Türkiyədə həlak olanları təhqir edir"
08 fevral 2023 15:58 (UTC +04:00)

Vesti.az: ""Charlie Hebdo" Türkiyədə həlak olanları təhqir edir"

Fransanın "Charlie Hebdo" jurnalı növbəti dəfə mənəviyyatsızlığı ilə seçilib. Bütün dünya Türkiyədəki hadisələrdən kədərləndiyini bildirir, bir çox ölkələr Türkiyəyə humanitar yardım edirlər. Amma "Charlie Hebdo" təxribatçıları bu ölkəni təhqir etməkdən çəkinmirlər. Jurnaldan olan ikiüzlü əxlaqsızlar növbəti karikaturanı nəşr edirlər. Dağılan binaların fonunda onlar beləcə də yazıblar:

“Buraya tank göndərməyə ehtiyac yoxdur". 

"Charlie Hebdo"dan olan jurnalistlər özlərini avropalı saysalar da, qeyri-insani əməllərindən çəkinmədiklərini növbəti dəfə sübut edirlər. 

Xatırladaq ki, bu jurnal tez-tez Məhəmməd peyğəmbərin karikaturalarını çəkir və bununla da dünya müsəlmanlarının dini hissləri ilə oynayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160833
avatar

Oxşar yazılar