Azərbaycan Prezidenti İlham Əliyev Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin”.