Türkiyədən Azərbaycana mina təmizləyən maşınlar göndərildi
04 fevral 2021 18:09 (UTC +04:00)

Türkiyədən Azərbaycana mina təmizləyən maşınlar göndərildi

Türkiyə Azərbaycana 20 ədəd mexaniki mina təmizləyən maşın göndərib.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
 
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki mina təmizləyən maşın ) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir",  - qeyd olunub. 

# 1971
avatar

Oxşar yazılar