Trampı dəstəkləyən amerikalılara  Putinə rəğbət bəsləmək   İTTİHAMI
13 mart 2024 17:20 (UTC +04:00)

Trampı dəstəkləyən amerikalılara Putinə rəğbət bəsləmək İTTİHAMI

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton X sosial şəbəkəsindəki səhifəsində Ağ evin keçmiş rəhbəri Donald Trampı dəstəkləyən amerikalıları Rusiya prezidenti Vladimir Putinə simpatiya göstərməkdə ittiham edib.

"Hər gün daha aydın olur: Trampa səs vermək Putinin komandasına səs verməkdir", - Lent.az-ın xarici mediaya istinadla xənbərinə görə, o, öz fikirlərini bölüşüb.

O, Macarıstanın baş naziri Viktor Orbanın Trampın yenidən prezident olacağı təqdirdə Ukrayna tərəfinə pul ayırmayacağına dair söz verdiyini və ABŞ olmasa, Avropanın münaqişəni maliyyələşdirə bilməyəcəyini və bunun bitəcəyini söylədiyi bəyanatını belə şərh edib. 

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı Mar-a-Laqodakı malikanəsində qəbul edib. Danışıqlar təxminən bir saat davam edib, ardınca şam yeməyi və konsert proqramı olub.

Ağ evin keçmiş sahibinin mətbuat xidməti bildirib ki, Tramp və Orban Macarıstan və ABŞ-a təsir edən geniş spektrli məsələləri, o cümlədən hər bir ölkə üçün güclü və təhlükəsiz sərhədin birinci dərəcəli əhəmiyyətini müzakirə ediblər.


 

# 2559
avatar

Oxşar yazılar