ABŞ prezidenti Donald Tramp bütün diqqətini sülhün əldə edilməsinə yönəldib və Rusiya ilə Ukrayna arasında danışıqlarda görünməmiş irəliləyiş əldə edib.
Lent.az bildirir ki, bunu NDTV-yə müsahibəsində ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.
Onun sözlərinə görə, Amerika lideri vəziyyəti aydın başa düşür və müharibəni bitirmək prioritetdir.
"Prezident Trampın bu münaqişə ilə bağlı çox aydın baxışı var. O, öz mövqeyini və əsas prioritetini açıq şəkildə ifadə edib. Bu müharibəni bitirməkdir. O, bütün diqqətini sülhə yönəldib", - Qabbard deyib.
O vurğulayıb ki, Ukrayna və Rusiya arasında danışıqlar yeni başlayıb və Tramp onların uğurunu öz naminə deyil, sülhün bərqərar olması və günahsız insanların ölümünün dayandırılması naminə gözləyir.
“Bizim həm ukraynalılar, həm də Rusiya ilə işləyən ən yaxşı danışıqçılar var”, - kəşfiyyat rəhbəri əlavə edib.
Qabbard onu da vurğulayıb ki, əvvəlki administrasiya dövründə Vladimir Putinlə sülh və ya birbaşa dialoqa nail olmaq üçün real cəhdlər olmayıb.
“Çox qısa müddət ərzində Tramp sülh yolunda hər hansı əvvəlki səylərdən daha çox irəliləyiş əldə etdi”, - o deyib.
Onun sözlərinə görə, Trampın Rusiya prezidenti ilə danışıqları lazımi vaxtda baş tutacaq və məhsuldar olacaq, çünki Amerika lideri münaqişənin sülh yolu ilə həllinə sarsılmaz sadiqliyini nümayiş etdirir.
Qeyd edək ki, bu dəqiqələrdə Trampla Putin arasında telefon danışığı gedir