Tərxis olunanlarla bağlı 300-dən çox müraciətə baxılıb -  VİDEO
12 yanvar 2021 18:06 (UTC +04:00)

Tərxis olunanlarla bağlı 300-dən çox müraciətə baxılıb - VİDEO

Səfərbərlikdən tərxis edilənlərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən işə başlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyada dünən gün ərzində 329 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Müraciətlərin operativ araşdırılması, vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Füzuli rayonu ərazisində də komissiyanın səyyar qrupu fəaliyyət göstərir. Bu qrup yanvarın 11-də 90-dan çox müraciət qəbul edib və 45 müraciət yerində baxılaraq həll olunub.

Uzaqda yaşayan vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq həmin şəxslərin müraciətlərinə uyğun olaraq lazımi sənədlərin əldə edilməsi üçün aidiyyəti hərbi hissələrə komissiya tərəfindən müvafiq sorğular göndərilir.

Komissiyanın fəaliyyətindən vətəndaşların razı qalib-qalmadıqlarının öyrənilməsi məqsədilə rəy sorğusu da keçirilir.

329 müraciətə baxılıb

# 1587
avatar

Oxşar yazılar