Tərəfə çevrilən sülhməramlılar - ŞƏRH
28 mart 2022 16:07 (UTC +04:00)

Tərəfə çevrilən sülhməramlılar - ŞƏRH

Rus sülhməramlıları fəaliyyətlərinin ilkin mərhələsində öz vəzifələrini yerinə yetirsələr də, təəssüf ki, hazırda biz bunu görə bilmədik. Qarabağda separatçıların tör-töküntüləri hələ də qalmaqdadır, ora qanunsuz yüklərin və erməni silahlı birləşmələrinin gətirilməsinə, müxtəlif Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə göz yumulur.

Lent.az xəbər verir ki, əslində, Rusiya sülhməramlılarının hazırkı mandatı qeyri-müəyyəndir.

Bundan başqa, onlar 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər. Çünki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri çoxdan ərazidən çıxarılmalı idi.

Rusiya sülhməramlılarının davranışı, eləcə də ölkələrinin mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması 22 fevralda imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata da zidd hərəkətlərdir. Son günlərdə Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti zəfəridir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Üç tərəfli bəyanatın 4 cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalı idi, Amma əfsuslar olsun ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə onları bəsləməkdə davam edirlər.

Amma unudulmamalıdır ki,  Azərbaycan 3 tərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə nail olacaq. Bütün qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq.

Bir müddət əvvəl Azərbaycan ərazisində həmin sülhməramlıların yardımı ilə ermənilərin hərbi təlim keçməsinə dair xəbərlər də yayılmışdı. Bu da Rusiya hakimiyyətinin üzərinə götürdüyü öhdəliyə əməl etməməsinin göstəricisidir. Ən pisi isə odur ki, Qarabağdakı sülhməramlılar tərəfə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4422

Oxşar yazılar