Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi, həmçinin Kür çayının Tbilisidən keçən hissəsinin üzərində üzərində yerləşən və şəhərin simvollarından olan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.