Cəmil Babayev, Rüstəm Muradov
03 sentyabr 2021 14:21 (UTC +04:00)

Cəmil Babayev, Rüstəm Muradov

Rüstəm Muradov Ağdərədə tutulan hərbi qulluqçumuza baş çəkdi

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib.

Lent.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, C.Babayevin saxlanma şəraiti ilə tanış olub.

R.Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yayılıb.

# 4506
avatar

Oxşar yazılar