Ərəb mətbuatı Azərbaycanın haqlı mübarizəsindən yazır
29 oktyabr 2020 18:59 (UTC +04:00)

Ərəb mətbuatı Azərbaycanın haqlı mübarizəsindən yazır

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü ilə mütəmadi olaraq Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, o cümlədən ərazi bütövlüyünün bərpası uğrunda öz torpaqlarında Azərbaycanın apardığı ədalətli mübarizə geniş işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, yazılarda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyən işğalçı Ermənistan təcavüzkar siyasətini davam etdirir. 30 ilə yaxındır Azərbaycanın ərazi bütövlüyünü pozaraq 20% torpaqlarını işğal altında saxlayan Ermənistan davamlı olaraq hərbi təxribatlar və terror aktları törədir. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Bərdə və s. yaşayış məntəqələri, mülki obyektlərin ağır artilleriya qurğularından, xüsusi qadağan olunmuş raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutulması da mətbuatda geniş işıqlandırılıb. Həmçinin qeyd edilib ki, Ermənistanın dinc əhalini qəsdən hədəfə alaraq, törətdiyi terror aktları nəinki Azərbaycana qarşı, eyni zamanda insanlıq əleyhinə yönəlmiş cinayətdir və bu çox təhlükəli tendensiyadır.

Daha ətraflı bu linklərdə:

https://alharir.info
https://www.asiaelyoum.com
https://garbnews.net/news/s/176154

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar