"Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir"
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Nobel mükafatçısı Aziz Sancar keçirdiyi brifinqdə deyib. O bildirib ki, 44 gün ərzində müharibəni izləyib: "Şuşa tarixi baxımdan türk dünyasının mədəniyyət ocağıdır. Şuşa azad olsa, ora gedəcəyimi, məsciddə namaz qılacağımı söz vermişdim".