Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, 1991-ci ilin avqust ayındakı qiyamın təşkilatçılarının, eləcə də Belovejsk sazişini imzalayanların Sovet İttifaqının dağılmasından məsul olduğunu söyləyib.
Lent.az bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Onun sözlərinə görə, çevrilişin təşkilatçıları ölkəni xilas etməyə çalışdıqlarını iddia ediblər. Qorbaçov vurğulayıb ki, onların hərəkətlərinin nəticələri fəlakətli idi.