2022-ci ilin dekabrında Avropa Parlamentində korrupsiya qalmaqalları barədə xəbərlər gündəmi zəbt etdi. Brüsselin 5 parlament təmsilçisinin adı rüşvət almaqda hallandı. Daha 60 parlamentarinin bu işlərdə əlinin olduğu iddia edildi. Bu məsələnin bir ucu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatına gedib çıxdı. O təşkilat ki, başında ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyan dayanır.
Ümumiyyətlə, son 30 ildə ermənilərin Qərb dünyasındakı “kassası” rolunu oynayan Kaspar Karapetyan əslində böyük oyunun çarxlarından biridir. O tez-tez amerikalı senatorlarla, qərbli parlamentarilərlə görüşlər keçirir, bu görüşlərdən dərhal sonra işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər təşkil olunurdu. Azərbaycanın Qarabağda qazandığı böyük zəfərdən sonra Karapetyan və onun kimilərin işi artıb, müxtəlif yollarla “bəlkə də qaytardılar” inancı altında diş qıcamağa davam edirlər.
Kaspar Karapetyan kimdir?
Lent.az “almaz imperatoru”nun kirli fəaliyyəti barədə məlumatları təqdim edir:
Kaspar Kapapetyanın erməni diasporunun fəaliyyətində aparıcı roluna baxmayaraq, adı mediada çox hallanmır. O dünya ermənilərinin qərb qanadının liderlərindən biridir. Baxmayaraq ki, siyasi kuluarlarda məşhurdur, Qarabağa daimi səfərləri, artıq keçmiş separatçı rejimin və Daşnaksütyun partiyasının liderləri ilə məsləhətləşmələrdə iştirak edir, işğal prosesinin uzadılması, gücləndirilməsi üçün milyonlarla dollarlıq pulların toplanmasında baş rolda oynayırdı. Bir dəfə özü etiraf etmişdi ki, erməni diasporunun fəaliyyəti üçün bir gecədə 3 milyon 800 min avro vəsait toplayıb.
Karapetyan Avropanın siyasi salonlarında işğal rejiminin legitimləşdirilməsi cəhdlərində mühüm simalardan biridir. Azərbaycan üçün Qarabağ məsələsi bitmiş münaqişə hesab olunsa da dünya erməniləri qanlı caynaqlarını geri çəkmək istəməyib, münaqişənin aktiv qalması üçün müxtəlif cəhdlər göstərirlər. Təbii ki, böyük oyunun vacib oyunçularından olan Karapetyan yenə meydandadır.
Onun haqqında məlumat çox azdır. Müəmmalı sui-qəsdçi Karapetyan pərdə arxasında qalmağa üstünlük verir. Diasporda yüksək statusa malik olmasına baxmayaraq, ictimaiyyət üçün onun haqqında demək olar ki, heç bir məlumat yoxdur. O, jurnalistlərdən qaçır, şəxsi həyatı, ailəsi ilə bağlı məlumatlar vermir. Yüzlərlə maskası var. Onu gah xaç daşıyan mömin kimi görürük, gah terrorçu, gah biznesmen, gah milyarder, gah qatı millətçi...
Erməni əsilli Yunanıstan vətəndaşı, 75 yaşlı Kaspar Karapetyan öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçib.
Karapetyan gəncliyində ekstremist yunan və erməni təşkilatlarında fəal iştirak edib. Gəncliyini erməni terrorizminin qalası hesab olunan Beyrutda keçirib. “ASALA” terror təşkilatı ilə yaxın münasibətləri olub. Onun səsi tez-tez Yaxın Şərq ölkələrindən, Pakistandan, ən qızğın münaqişə ocaqlarından gəlib. Qısası, Karapetyan hər zaman şeytanın barmağı rolunda olub.
Brilliant və almaz ticarəti ilə məşğul olduğunu iddia edən Karapetyan almazların “işığı” ilə çox siyasiləri ədalətə kor etməyi bacarıb. Lakin onun uğurları yalnız verdiyi böyük rüşvətlə əhatələnmirdi, əslində erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq nəticəsində bir çox nüfuzlu siyasi lideri öz tələsinə salıb, “marionetka”sına çevirməyi bacarıb.
Məsələn, Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Eleni Teoxarusu bahalı zinət əşyaları hədiyyə etməklə susdurmuşdu, qadın düşkünü olan Frank Enqelə gözəl qızlar bağışlamışdı. Sözsüz ki, erməni kəşfiyyatı ilə əlbir olan bu “kənizlər” intim səhnələri kameraların yaddaşına köçürmüşdülər. Gey olduğunu gizlətməyən Piter Omtzix isə elə özünə layiq hədiyyə almış, Karapetyan tərəfindən ona hədiyyə edilmiş homoseksual Karen Oqadcanyanla mükafatlandırılmışdı.
Qarabağın Azərbaycandan qoparılması naminə hər cür səxavəti göstərməyə hazır olan Kaspar Karapetyan əslində Qərb dünyasında yataq otaqlarına qədər ayaq açmağı bacarmış xacə rolunu oynayır. Humanizm mahnıları oxuyan amerikalı və avropalı senatorların hamısının Azərbaycana qarşı çıxış etmək üçün vacib səbəbləri var. Çünki Karapetyanın əlində onlara məxsus kirli alt paltarlarının olduğunu yaxşı bilirlər. Brilliant “işıqları” altında baş tutan orgiyaların səsi otel otaqlarından deyil, Azərbaycana qarşı ədalətsiz hökmlər verilərkən Qərbin və Amerikanın parlamentlərindən gəlir.
Qərb siyasətçiləri ermənilərdə nə görüblər ki, onları müdafiə edirlər? Yəqin bu sual çoxlarını düşündürüb. Müdafiə etmirlər. Etmək məcburiyyətindədirlər. Çünki törətdikləri zir-zibillərin üstünü örtməyin başqa üsulu yoxdur. Erməni lobbisi siyasətçilərə Kim Kardaşyan kimi fahişə, Kaspar Karapetyan kimi “yengə”lərlə yol tapır. 30 il ermənilər üçün Qarabağa gedən yol seksual orgiyaların təşkil olunduğu otaqlardan keçib.