Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün növbədənkənar prezident seçkiləri keçirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 82,45% səslə prezident seçkilərində qalib gəlib.
Sorğunun nəticələri “Qazaxıstan” dövlət kanalının onlayn telemarafonunda təqdim olunub.
Qeyd edək ki, MSK hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla altı prezidentliyə namizədi qeydə alıb.
Kasım-Jomart Tokayevə 6 milyon 456 min seçici səs verib.
Bundan başqa, Jiquli Daybarayev 3.42 faiz, Meyram Kajıken 2.53 faiz, Karakat Abedn 2.6 faiz, Saltanat Tursınbekova 2.12 faiz, Nurlan Auesbayev 2.22 faiz səs toplayıb.