Putinlə Bayden 1 saat   telefonla danışdı
09 iyul 2021 22:10 (UTC +04:00)

Putinlə Bayden 1 saat telefonla danışdı

Bu gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov əlavə edib ki, iki lider arasındakı telefon danışığı iyunun 16-da Cenevrədə keçirilən Rusiya-ABŞ zirvə görüşündən sonra ilk söhbətdir. 

Ağ Evin Mətbuat xidmətinin məlumatında isə bildirilib ki, prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, söhbət təxminən bir saat davam edib.

Xatırladaq ki, Putinlə Bayden daha əvvəl isə aprelin 13-də telefonla danışıblar.

# 1734
avatar

Oxşar yazılar