Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Lent.az APA-ya istinadən xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.
"Görüşdə ilk olaraq Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələləri müzakirə olunub. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə toxunulub, o cümlədən Əfqanıstandakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub", - Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.