Prezident:  “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”
28 may 2022 15:54 (UTC +04:00)

Prezident: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”

“Və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq. Və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”, - dövlət başçısı qeyd edib.

# 903
avatar

Oxşar yazılar