İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
09 aprel 2021 23:41 (UTC +04:00)

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident Şahzadə Filipin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona başsağlığı məktubları göndərib.

APA xəbər verir ki, dövlətimizin başçısı bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, Baş nazirə, Birləşmiş Krallığın bütün xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

# 2217
avatar

Oxşar yazılar