Prezidenti İlham Əliyev Şuşada “Xan qızı” bulağında
12 may 2021 15:41 (UTC +04:00)

Prezidenti İlham Əliyev Şuşada “Xan qızı” bulağında

Prezident İlham Əliyev Şuşada bərpa edilən “XAN QIZI” BULAĞINDA

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.

Lent.az-ın məlumatına görə, dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

Prezident İlham Əliyev deyib ki, “Xan qızı Natəvan” bulağı bərpa olunub: “Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar