Prezident İlham Əliyev Ərdoğana zəng etdi
05 fevral 2022 20:27 (UTC +04:00)

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan  Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Lent.az-ın xəbərinə görə, dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib.

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar